“Qarabağ”la oyunun gedişində qol vuracağımıza inanırdım”

26 Noyabr 2025 02:50 Çempionlar Liqası 584
“Qarabağ”la oyunun gedişində qol vuracağımıza inanırdım”

"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti matçını keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Napoli"nin qonağı olub. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Napoli"nin baş məşqçisi Antonio Konte matç haqda fikirlərini bölüşüb:

"Son iki matçımızı əla keçirdik. Futbolçuların hazır olmasını baxımından çətin dövrdəyik.

Çempionlar Liqasında asan rəqib olmur. Qarşılaşmanın gedişində qol vuracağımıza inanırdım.

"Qarabağ" çətin rəqibdir. Onların "Çelsi" və "Benfika" ilə oyunları hansı gücdə olduğunu göstərir. Rəqibin qapıçısı möhtəşəm qurtarışlar etdi."

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu