“Qalatasaray”Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda öz meydanında Belçikanın “Royal Yunion” klubu ilə üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, “Ali Sami Yen Spor Kompleksi”ndə keçirilən matç İstanbul təmsilçisi üçün uğursuz nəticə ilə başa çatıb.
Belə ki, oyunun baş hakimi ispaniyalı Xose Mariya Sançesin idarə etdiyi görüşdə qarşılaşmanın yeganə qolunu 57-ci dəqiqədə qonaqların hücumçusu Promis Akinpelu Devid qeydə alıb.
Matçın sonlarına yaxın “Qalatasaray” ciddi itki ilə də üzləşib. “Cimbom”un müdafiəçisi Arda Ünyay 89-cu dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub və komanda son dəqiqələri azlıqda keçirməyə məcbur olub.
Qonaqlar bu qələbə ilə xallarını 6-ya çatdıraraq turnir cədvəlində 18-ci pilləyə yüksəlib. İstanbul nəhəngi isə 9 xalla 9-cu sırada qərarlaşıb.
“Qalatasaray” Çempionlar Liqasının növbəti turunda səfərdə Fransa “Monako”su ilə qarşılaşacaq.

