"Qarabağ"ın növbəti rəqibi evdə “Benfika”ya uduzdu - VİDEO

26 Noyabr 2025 12:20 Çempionlar Liqası 572
"Qarabağ"ın növbəti rəqibi evdə “Benfika”ya uduzdu - VİDEO

Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ının qarşıdakı turda rəqibi olan "Ayaks" 5-ci turda “Benfika”nı qəbul edib.

Sportinfo.az xəbər verir ki, Amsterdam təmsilçisi evdə “Benfika”ya 0:2 uduzub.

Bu, "Ayaks"ın Çempionlar Liqasında ardıcıl beşinci məğlubiyyəti olub və onların aktivində xal yoxdur.

Niderland klubu turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Qeyd edək ki, “Qarabağ” – “Ayaks” görüşü dekabrın 10-da keçiriləcək və oyuna 21:45-də start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu