"Qarabağ" üçün Çempionlar Liqasında böyük fürsət yarandı

1 Dekabr 2025 23:20 Çempionlar Liqası 8 760
"Qarabağ" üçün Çempionlar Liqasında böyük fürsət yarandı

"Ayaks" Çempionlar Liqasının 5 turundan sonra Çempionlar Liqasında xalı olmayan yeganə komandadır.

Sportinfo.az xəbər verir ki, Niderland klubu növbəti turda Azərbaycan çempionu "Qarabağ"ın qonağı olacaq.

Amsterdamlılar Bakıya motivasiyasız və pley-off mərhələsinə vəsiqə şansı olmadan gələcəklər.

Bu barədə ekspertlər və analitiklər araşdırma aparıblar. Hesablamalara görə, ən azı 10 xal toplayacaq komanda "ilk 24-lük" uğrunda mübarizə apara bilər.

"Ayaks" son 3 oyunda - "Qarabağ", "Vilyarreal" və "Olimpiakos" ilə görüşlərdə qələbə qazancağı təqdirdə maksimum 9 xal toplaya biləcək.

Lakin təqvim və rəqiblərin oyunları üzrə aparılan araşdırmalar göstərir ki, komandanın belə şansı yoxdur.

Niderland təmsilçisindən fərqli olaraq. "Qarabağ"ın pley-off şansları kifayət qədər yüksəkdir. Hətta "Ayaks" üzərində Bakıda qazanılacaq qələbə Ağdam klubunun pley-offa yolunu aça bilər.

"Qarabağ" və "Ayaks" dekabrın 10-da Bakıda üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti