“Bu nəticə sevindirici deyil, çünki biz qalib gəlmək istəyirdik”

28 Noyabr 2025 10:20 Çempionlar Liqası 375
“Bu nəticə sevindirici deyil, çünki biz qalib gəlmək istəyirdik”

“Bayern”in qapıçısı Manuel Noyer Çempionlar Liqasının 5-ci turunda “Arsenal”a 1:3 hesablı məğlubiyyətdən sonra fikirlərini bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun ədalətli nəticə olduğunu söyləyib:

“Əlbəttə ki, bu nəticə sevindirici deyil, çünki biz qalib gəlmək istəyirdik. İkinci hissəni nəzərə alsaq, “Arsenal”ın qələbəyə layiq olduğunu etiraf etmək lazımdır.

Əsas anlarda ən yaxşı formada deyildik və fasilədən sonra az qol şansı yaratdıq. Bu, ədalətli nəticə idi”.

“Arsenal” 15 xalla turnir cədvəlinə başçılıq edir, “Bayern” isə 12 xalla üçüncü yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti