ÇL-in bombardirlər siyahısında lider dəyişdi - “Real”ın hücumçusu 1-ci, “Qarabağ”lı 11-ci

ÇL-in bombardirlər siyahısında lider dəyişdi - “Real”ın hücumçusu  1-ci, “Qarabağ”lı 11-ci

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turundan sonra bombardirlər siyahısında lider dəyişib.

“Olimpiakos”la (Yunanıstan) səfər matçında (4:3) komandasının 4 qolunun hamısının müəllifi olan “Real”ın hücumçusu Kilian Mbappe birinci yerə yüksəlib. Hazırda fransalının ehtiyatında 9 qol var.

“Qalatasaray”lı Viktor Osimhen 6 qolla 2-ci, Erlinq Halaand (“Mançester Siti”) və Harri Keyn (“Bavariya”) isə 5 qolla 3-4-cü yerləri bölüşdürür.

“Qarabağ”ın yarımmüdafiəçkisi Leandro Andrade isə 3 qola 11-ci yeri tutur.

Leandro ilə yanaşı daha 14 futbolçu 3 dəfə rəqib qapılarına yol tapıb.

7-deqiqeye-3-qol-vurdu

Digər Xəbərlər
Xəbər Lenti