
“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, yarışın 3-cü təsnifat mərhələsinin matçında “Ferensvaroş” (Macarıstan) Budapeştdə Bolqarıstan çempionu “Ludoqorets”i qəbul edib.
Bu komandaların ilk matçı 0:0 hesabı ilə başa çatıb.
Cavab oyununda “Ferensvaroş” 3:0 hesabı ilə qələbə qazanıb və “Qarabağ”a rəqib olub.
"Qarabağ"ın "pley-off"da ilk oyunu avqustun 19-da Budapeştdə, cavab matçı avqustun 27-si Bakıda keçiriləcək.
"Qarabağ" “Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib.
2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.
“Ferensvaroş” (Macarıstan) - “Ludoqorets” (Bolqarıstan) 3:0
Qol: Barnabaş Varqa, 38, 79, , Qabor Salai, 86