“Qarabağ” Bakıda qol “şou”su göstərdi, ÇL-də “pley-off”a qaldı -

12 Avqust 21:45 Çempionlar Liqası 342
“Qarabağ” Bakıda qol “şou”su göstərdi, ÇL-də “pley-off”a qaldı -

Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) qalib gələn “Qarabağ” pley-off-a adlayıb.

Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesabı qonaqlar açıblar. 10-cu dəqiqədə Fabris Tamba adını tabloya yazdırıb. 5 dəqiqə sonra rəqibin heyətində Klisman Sake avtoqol müəllifi olmaqla hesaba tarazlıq gətirib.

Daha sonra müvafiq olaraq fərqlənən Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35) və Leandro Andrade (59) “Qarabağ”ın qələbəsində pay sahibi olublar.

Qeyd edək ki, Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şkendiya”nı mübarizədən kənarlaşdıran “Qarabağ” adını pley-off mərhələsinə yazdırıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinə gedən yolda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

Bununla da "Qarabağ" ən azı Avropa Liqasının Liqa mərhələsində iştirakını təmin edib.

20:00. “Qarabağ” (Azərbaycan) - “Şkendiya” (Şimali Makedoniya) 5:1

Qollar: Keyk, 16 - avtoqol , Kadi Borqes, 18, Nəriman Axundzadə, 32, Marko Yankoviç, 34, Leandro Andrade, 59 - Tamba, 10

Hakimlər: Denni Makkeli, Hessel Steeqstra, Yan de Vries (Niderland)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 1:0

"Qarabağ": 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalho, 20. Kadi, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zoubir (k), 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt.
Baş məşqçi: Qurban Qurbanov.

"Şkendiya": 24. Gaye, 2. Trumçi, 4. Ramadani, 5. Keyk, 7. B. İbraimi (k), 17. Zeynullai, 11. Vebster, 15. Fetai, 29. Tamba, 28. Qaka, 77. Latifi.
Ehtiyat oyunçular: 25. Amzai, 30. Ramani, 8. Ramadani, 9. Ademi, 16. Murati, 6. Alhassan, 19. Krstevski, 22. Ajetoviç, 26. Meliqi, 27. Kaba, 10. Krasniqi, 38. Nuhija.
Baş məşqçi: Jeton Beqiri.

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 21:30 Çək və bizə göndər!
12 Avqust 18:00 Çapan Qarabağ atları
12 Avqust 08:30 Gedənlərin sayı 13 oldu
12 Avqust 04:50 Yeni baş katib təyinatı