“Bəlkə də bizim günümüz deyildi, indi yaxşı dincəlməliyik”

19 Sentyabr 2024 15:20 Çempionlar Liqası 397
“Bəlkə də bizim günümüz deyildi, indi yaxşı dincəlməliyik”

“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol UEFA Çempionlar Liqasında “İnter”lə oyunun nəticəsi (0:0) haqda danışıb.

Sportinfo.az “beİN Sports”-a istinadən xəbər verir ki, xorvatiyalı futbolçu 90 dəqiqə ərzində əla iş gördüklərini bildirib:

“Düşünürəm ki, “İnter”lə oyunun nəticəsindən razı olmalıyıq. 90 dəqiqə ərzində əla iş gördük, asan olmadı.

Rəqibin xüsusiyyətlərini bilirdik və onun nə qədər güclü olduğundan xəbərdardıq. Ən azı bir qol vura bilərdik, amma alınmadı.

Bəlkə d, bizim günümüz deyildi. İndi yaxşı dincəlməliyik. Bazar günü “Arsenal”a qarşı böyük oyunumuz var”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da