"Qarabağ" Azərbaycanda ən güclü klubdursa..."

6 Avqust 2024 08:50 Çempionlar Liqası 2 159
"Qarabağ" Azərbaycanda ən güclü klubdursa..."

""Qarabağ" artıq beynəlxalq yarışlarda öz sözünü deyib".

Sportinfo.az xəbər verir ki, bunu "Ludoqorets"in (Bolqarıstan) baş məşqçisi Qeorqi Dermendjiev Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la ilk matçı haqda deyib.

69 yaşlı mütəxəssis "Qarabağ"ın səviyyəli komanda olduğunu bildirib:

"Qurban Qurbanov 10 ildən artıqdır ki, bu komandanı çalışdırır və yaxşı kollektiv yaradıb. Ağdam klubu artıq beynəlxalq yarışlarda öz sözünü deyib.

Təbii ki, bizim də təcrübəmiz var. Gərgin və maraqlı oyuna şahidlik edəcəyik.

"Qarabağ" Azərbaycanda ən güclü klubdursa, "Ludoqorets" də Bolqarıstanda ən yaxşılardandır".

Avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Lüdoqorets” görüşü saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır