“Qarabağ” ÇL-in pley-offdakı potensial rəqiblərini tanıdı - ADLAR

3 Avqust 2024 14:20 Çempionlar Liqası 8 067
“Qarabağ” ÇL-in pley-offdakı potensial rəqiblərini tanıdı - ADLAR

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki səbəti müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu həmin raunda yüksəlsə, püşkatma zamanı səpələnməmişlər səbətində qərarlaşacaq.

Buna səbəb PAOK (Yunanıstan) və “Ferensvaroş”un (Macarıstan) mərhələ adlaması olub.

Bu iki komandanın III təsnifat mərhələsində təşkil etdiyi cüt “Qarabağ”ın potensial rəqibləri olacaq.

Digər mümkün rəqiblər isə pley-offdan yarışa qoşulacaq “Dinamo” (Zaqreb, Xorvatiya), “Srvena Zvezda” (Serbiya) və “Yanq Boyz” (İsveçrə) olacaq.

Təbii ki, bunun üçün “Qarabağ” 3-cü təsnifat mərhələsində Bolqarıstan “Ludoqorets”ini məğlub etməlidir.

Pley-off mərhələsinin püşkü avqustun 5-də atılacaq. Bu raundun oyunları isə avqustun 20-21-də və 27-28-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var