Rusiyalı baş məşqçi "Qarabağ"a məsləhət vermək istəmədi

8 Avqust 2022 02:30 Çempionlar Liqası 1 981
Rusiyalı baş məşqçi "Qarabağ"a məsləhət vermək istəmədi

"Qarabağ" haqqında çox yaxşı şey deyə bilərəm. Onlar Azərbaycanın fəxridir. Yaxşı oyunlar keçirdilər".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev "Qarabağ"ın Macarıstanda "Ferentsvaroş"a qarşı keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

Rusiyalı mütəxəssis bildirib ki, Bakıdakı ilk matçda "köhlən atlar"ın heyətində itkilər var idi:

"Cavab oyunda üstünlükləri olacaq. Kadi Borges görüşün taleyini həll edə biləcək oyunçudur. "Qarabağ"ın mərhələ adlayacağına ümid edirəm".

39 yaşlı baş məşqçi Budapeştdəki görüşün çətin olacağını istisna etməyib:

"İki mərkəz müdafiəçisinin olmaması böyük itkidir. Kevin Medina və Maksim Medvedev səfər matçında oynamayacaq.

Bakıdakı oyunda komandaya yaxşı dəstək var idi. Fanatlar arenanı doldurmuşdu. İstərdik ki, daxili turnirə də tərəfdarlar belə maraqla yanaşsın".

O, "Qarabağ"a məsləhət vermək istəməyib: "İllərdir sabit oynayırlar. Öz üslubları var. Məncə, öz oyunları ilə istədikləri nəticəyə nail ola bilərlər".

Avqustun 9-da "Groupama Arena"da keçiriləcək "Ferentsvaroş" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Bakıdakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!