"Lex"in yeni baş məşqçisi “Qarabağ”ı fikirləşir: “Vaxtımız var”

20 İyun 2022 22:40 Çempionlar Liqası 792
"Lex"in yeni baş məşqçisi “Qarabağ”ı fikirləşir: “Vaxtımız var”

"Qısa vaxt ərzində çox oyun keçirəcəyik.

Ən önəmlisi, iyulun 5-də "Qarabağ"la oynayacağımız matça hazır olmaqdır".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsindəki rəqibi olan Polşa "Lex"inin yeni baş məşqçisi Con van den Brom klubun rəsmi saytına müsahibəsində deyib.

Niderlandlı mütəxəssis bildirib ki, ÇL-də mübarizə aparan komandaya rəhbərlik etmək onun üçün əla imkandır:

"Bilirəm ki, futbolçular artıq məşqlərə başlayıblar. Vacib oyunlara hazırlaşmaq üçün vaxtımız var".

Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti