“Olimpiakos”un təxmini “11-liy”i və 3-4-3 sxemi – “Neftçi”yə qarşı

28 İyul 2021 17:20 Çempionlar Liqası 928
“Olimpiakos”un təxmini “11-liy”i və  3-4-3 sxemi – “Neftçi”yə qarşı

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Neftçi”nin qonağı olacaq “Olimpiakos” Bakıya ciddi itkilərlə gəlib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Pedro Martins müxtəlif səbəblərdən 11 oyunçunu Yunanıstanda saxlayıb.

Bunlar Ögmundur Kristinsson, Oleq Ryabçuk, Məhəmməd Drager, Yann Mvila, Sokratis Papastatopulos, Andreas Buxalakis, Tanasis Andrutsos, Madi Kamara, Agibu Kamara, Kostas Fortunis və Tikinyodur.

Yunanıstan mətbuatı səfərə 18 oyunçu ilə yollanan portuqaliyalı mütəxəssisin 3-4-3 sxeminə üstünlük verəcəyini vurğulayıb.

O ki qaldı təxmini “11-liy”ə, qapı xətti Konstantinos Tzolakisə həvalə olunacaq.

Pape Abu Sisse, Usseynu Ba, Svetozar Markoviç və Ruben Semedo “4-lüy”ündən üçü müdafiə xəttini formalaşdıracaq. Kenni Lala bir cinahda yer alacaqsa, digərində Lazar Ranceloviç və ya Marios Vrusayə şans veriləcək.

Pyerr Kunde ilə Vasilis Sundis orta sahədə müdafiəyə dəstək olacaq. Giorqos Masuras, Matyu Valbuena və Ahmed Hassan isə ön xətdə qol axtarışında olacaq (apasport.az).

Bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasındakı ilk görüşdə yunanlar 1:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti