"Sevinc hissləri 1-2 günə azalacaq, amma bu oyunu heç vaxt unutmayacam"

1 İyun 2021 18:20 Çempionlar Liqası 569
"Sevinc hissləri 1-2 günə azalacaq, amma bu oyunu heç vaxt unutmayacam"

“Çelsi”nin futbolçusu Antonio Rüdiger açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “zadəganlar”la Çempionlar Liqasının qalibi olan alman müdafiəçi, bunları deyib:

“Sevinc hisslərimiz bir-iki günə azalacaq. Çempionlar Liqasındakı zəfər karyeramın ən böyük günü idi.

Portudakı oyunu heç vaxt unutmayacam. “Çelsi”də hər şeyin yaxşı olmasına sevinirəm. İndi bütün diqqətim Avropa çempionatında yaxşı çıxış etməyə yönəlib”.

“Çelsi” Çempionlar Liqasının Portuda keçirilən final matçında “Mançester Siti”ni 1:0 hesabıyla məğlub edərək, çempion olub.

Digər Xəbərlər
Xəbər Lenti