Premyer Liqa klubunun iki futbolçusuna "meymun" dedilər

8 Aprel 2021 00:00 Çempionlar Liqası 631
Premyer Liqa klubunun iki futbolçusuna "meymun" dedilər

"Liverpul"un futbolçuları Trent Aleksander-Arnold və Nabi Keyta İspaniyada "Real"a uduzduqları Çempionlar Liqasının 1/4 finalının ilk matçından sonra irqçiliyə məruz qalıb.

Sportinfo.az xəbər verir ki, hər iki oyunçuya instaqramda meymun emojisi ilə birlikdə çoxsaylı şərhlər yazılıb. Sosial şəbəkə məsələni araşdırmağa başlayıb.

Qarşılaşma "Real Madrid"in 3:1 hesablı qələbəsi ilə bitib. Aleksander-Arnold Mersisayd təmsilçisinin buraxdığı ikinci qolda səhvə yol verib.

Keyta isə birinci hissədən sonra əvəzlənib. Komandalar arasındakı cavab oyunu aprelin 14-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM