Mahir özü üçün sevindi, “Nürnber”ə görə təəssüfləndi

23 Sentyabr 2024 11:00 Bizimkilər 1 903
Mahir özü üçün sevindi, “Nürnber”ə görə təəssüfləndi

"Nəticə gözlədiyimiz kimi olmadı".

Sportinfo.az xəbər verir ki, bunu "Nürnberq"də debüt edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli şəxsi instaqram hesabında yazıb.

II Bundesliqada "Herta"ya qarşı VI turun matçının 39-cu dəqiqəsində meydana çıxan 27 yaşlı hücumçu məğlub olduqları üçün təəssüfləndiklərini bildirib:

"Uzun müddətdən sonra meydana qayıtdığım üçün sevindim. Təəssüf ki, nəticə gözlədiyimiz kimi olmadı.

Hamımız məyusuq. Artıq növbəti oyunu düşünəcəyik. Bu qarşılaşmada bizə dəstək olan hər kəsə təşəkkür edirik".

Matç "Nürnberq"in 0:2 hesablı məğlubiyyəti ilə bitib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!