Əliyevin komandası öz meydanında uduzdu

28 Sentyabr 2024 09:20 Bizimkilər 730
Əliyevin komandası öz meydanında uduzdu

Albaniya Superliqasında 7-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” bu tur öz meydanında “Partizani”ni qəbul edib.

Görüş meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb - 0:2.

Start heyətdə meydana çıxan Əliyev sona qədər oynayıb. O, matçın 56-cı dəqiqəsində sari vərəqə ilə cəzalanıb.

Hazırda "Eqnatiya" 11 xalla üçüncüdür. Xallarının sayını 12-ə çatdıran “Partizani” ikinci, “Vllaznia” isə bir oyun az keçirməklə 13 xalla liderdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti