“Özbəkistan və Azərbaycan dünya çempionatını keçirməyə hazırdır”

02:10 Bizimkilər 78
“Özbəkistan və Azərbaycan dünya çempionatını keçirməyə hazırdır”

Özbəkistan Futbol Assosiasiyası Azərbaycanla birgə U-20-lər arasında dünya çempionatının ev sahibliyinə namizədlikləri ilə bağlı açıqlama yayıb.

Sportinfo.az xəbər verir ki, qurum 20 yaşadək futbolçulardan ibarət komandalar arasındakı mundialın təşkilinə hazır olduqlarını bildirib.

Qeyd olunub ki, hər iki ölkənin infrastrukturu buna imkan verir: “Özbəkistan və Azərbaycanın stadionları beynəlxalq tələblərə uyğunlaşdırılıb.

Hər iki ölkə turniri yüksək səviyyədə keçirməyə hazırdır. Bundan əvvəl bir neçə nüfuzlu yarışlara ev sahibiyi etmişik. U-20-lərin dünya çempionatına da yüksək səviyyədə təşkilatçılıq etməyə iddialıyıq”.

AFFA və UFA bir neçə gün əvvəl bəyanatla çıxış edərək, U-20-lərin 2027-ci ildəki dünya çempionatına birgə ev sahibliyi etmək üçün namizədliklərini irəli sürüblər.

Digər Xəbərlər
Xəbər Lenti