Emilin komandası uduzdu

02:50 Bizimkilər 80
Emilin komandası uduzdu

Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi Ukraynanın “Polessye” klubu Avstriyadakı yay təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, Jitomir təmsilçisi Slovakiyanın “DAK 1904” komandası ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.

Mustafayev meydana start heyətində daxil olub.

Bundan əvvəl "Polessye" Avstriyanın “Horn” (3:1) və "Bad Leonfelden"i (5:1) məğlub edib, Slovakiya "Slovan" klubu ilə heç-heçə edib (1:1).

Digər Xəbərlər
Xəbər Lenti