Mahir “Kayzerslautern”də 19 qoldan birini vurdu

29 İyun 2025 01:00 Bizimkilər 1 078
Mahir “Kayzerslautern”də 19 qoldan birini vurdu

Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası “Kayzerslauter”in (Almaniya) heyətində ilk matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu bu gün Lüksemburqun “Saar” klubuna qarşı yoxlama oyununun iştirakçısı olub.

Emreli əsas heyətdə yer alıb. O, ilk 45 dəqiqədə meydanda olub. İkinci hissədə isə almanların heyəti tamamilə dəyişib.

Emreli ilk hissəsi 6:0 hesabı ilə yekunlaşan matçda komandasının 5-ci qolunu (43-cü dəqiqədə) vurub.

Matçın yekun nəticəsi isə 19:0 hesabı ilə “Kayzerslauter”in xeyrinə başa çatıb.

Bu, “Kayzerslautern”in 2025/26 mövsümünə hazırlıq çərçivəsində ilk oyunu olub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu