Mahir Emreli yeni klubunda nə vaxt debüt matçına çıxacaq?

02:20 Bizimkilər 125
Mahir Emreli yeni klubunda nə vaxt debüt matçına çıxacaq?

Almaniya II Bundesliqasının 2025/2026 mövsümünün püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" komandası mövsümə "Hannover" səfəri ilə başlayacaq.

Qarşılaşma 2 və ya 3 avqustda "Haynts-fon-Hayden-Arena"da təşkil olunacaq.

Eyniadlı şəhərin təmsilçisi mövsümü 2026-cı il mayın 17-də "Maqdeburq" səfəri ilə başa vuracaq.

"Kayzerslautern" II turda məşhur "Şalke" klubunu qəbul edəcək. Emreli sabiq komandası "Nürnberq"lə isə X və XXVII turlarda üz-üzə gələcək.

Mahir Emreli ötən mövsüm "Nürnberq"in heyətində 11 qol vurub. O, "Kayzerslautern"lə üç illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti