"Bu qərarı verərkən heç bir tərəddüd keçirmədim"

01:00 Bizimkilər 117
"Bu qərarı verərkən heç bir tərəddüd keçirmədim"

Xəbər verdiyimiz kimi, Türkiyənin I Liqasında çıxış edən "Ankaragücü" Azərbaycan U-21 millisinin yarımmüdafiəçisi Həsən Nəzərovla peşəkar müqavilə imzalayıb

Sportinfo.az xəbər verir ki, sosial şəbəkə hesabındakı paylaşımında müqavilə haqda fikirlərini bildirən Nəzərov bunları qeyd edib:

"İndi birlik olmaq zamanıdır. Klubumuzu layiq olduğu zirvələrə ən qısa zamanda çatdırmaq üçün əlimizdən gələni deyil, daha artığını etmək vaxtıdır.

Uşaqlığmdan bəri akademiyasında böyük uğurlar qazandığım “Ankaragücü” ilə peşəkar müqavilə imzalamağın haqlı qürurunu yaşayıram.

Ailəmdən öyrəndiyim və həyatımın hər anında yanımda olan vəfaya sədaqət duyğusu ilə bu qərarı verərkən heç bir tərəddüd keçirmədim.

Ailə hesab etdiyim və formasını fəxrlə daşıdığım "Ankaragücü"nün “yenidən dirçəliş” mövsümündə bu formanı geyinmək, böyük azarkeşlərimizin qarşısında “İmalat-ı Hərbiyə” ruhunu meydana əks etdirmək üçün səbirsizlənirəm.

Bu günə qədər mənə dəstək olan, başda ailəm olmaqla, dəyərli klub prezidentimizə və idarə heyətinə, çalışdığım qiymətli məşqçilərimə, birlikdə tər tökdüyüm komanda yoldaşlarıma, zəhmətkeş klub personalımıza və şanlı “Ankaragücü”azarkeşlərinə təşəkkür edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə
26 İyun 04:00 Komandamız çempion oldu