Afrika klubu baxımlı qollar vuran azərbaycanlı futbolçuya təklif göndərdi

19 İyun 23:40 Bizimkilər 623
Afrika klubu baxımlı qollar vuran azərbaycanlı futbolçuya təklif göndərdi

Azərbaycanlı futbolçu karyerasını Afrikada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, Cənubi Afrika Respublikasını təmsil edən “Stellenboş” klubu həmyerlimizə maraq göstərir.

Söhbət Premyer Liqada vurduğu baxımlı qollarla yadda qalan, ötən mövsümü “Kəpəz”də keçirən Turan Manafovdan gedir.

Niderlandlı iş adamlarına məxsus olan klub sol cinah müdafiəçisi axtardığından, agentlər Manafovun xidmətini qarşı tərəfə təklif edib.

“Stellenboş” rəsmiləri futbolçu barədə məlumat toplayandan sonra danışıqlara başlamaq qərarına gəliblər. Hazırda tərəflər arasında müqavilə şərtləri ilə bağlı müzakirələr davam edir.

Turan özü də karyerasını ölkə xaricində davam etdirməkdə israrlıdır. Sadəcə, tələsik qərar qəbul etmək istəmir.

Maraq üçün bildirək ki, başa çatan mövsümü 3-cü pillədə başa vuran komandada Nigeriya, Fil Dişi Sahili, Yeni Zellandiya, Keniya kimi ölkələrdən legionerlər çıxış edir.

Baş məşqçi Stiv Barker 8 ildir komandaya rəhbərlik edir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!