Dadaşov oynadı, Nəzərov baxdı, "Ankaragücü" qazandı

18 Yanvar 03:00 Bizimkilər 974
Dadaşov oynadı, Nəzərov baxdı, "Ankaragücü" qazandı

Türkiyə 1-ci Liqasında 20-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Şanlıurfaspor"un qonağı olub.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard 46-cı dəqiqədə meydana daxil olub. Həsən Nəzərov isə sona qədər ehtiyatda qalıb.

Xallarını 30-a yüksəldən "Ankaragücü" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 11:30 Bir də BUNA BAX!
16 Fevral 01:10 Azərbaycanın QAZANCI