Rayondan Bakıya gələnlərə məhdudiyyətlər qoyulacaq?

30 Oktyabr 2024 04:50 Bizimkilər 556
Rayondan Bakıya gələnlərə məhdudiyyətlər qoyulacaq?

"COP29-la bağlı şəhərdaxili bəzi məhdudiyyətlər təbii ki, nəzərə tutulur".

Bu sözləri Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa News24.az-a açıqlamasında deyib.

“Çünki böyük tədbirdir, COP29-a dünyanın əksər ölkələrindən qonaqlar gələcək, təşrif buyuranların sayı 80 min nəfərə yaxındır ki, onların arasında rəsmilər və turistlər də olacaq. Bunların həm yerləşməsi, həm də şəhərdaxili hərəkəti təbii ki, müəyyən məhdudiyyətləri zəruri edir.

Konkret olaraq şəhərdaxili, yaxud şəhərə girişlə bağlı məhdudiyyət barəsində geniş məlumat verə bilmirəm. Ancaq hər halda məhdudiyyətlər nəzərdə tutulur, çünki dərslərdə fasilə olacaqsa, digər sahələrdə də fasilələr olacaqsa, görünür ki, rayondan Bakıya gələnlərlərlə də bağlı məhdudiyyətlər düşünülə bilər. Amma konkret hansı tədbirlərin olacağı barəsində geniş məlumat verilməyib. Ancaq bununla bağlı yaxın günlərdə açıqlama olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 11:10 UEFA-dan AFFA-ya məktub
19 Dekabr 03:10 Azərbaycanda 12:2