Mahir Emrelidən daha bir qol – Almaniyadan VİDEO

26 Oktyabr 2024 00:40 Bizimkilər 385
Mahir Emrelidən daha bir qol – Almaniyadan VİDEO

Azərbacan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nurnberq” Almaniya ikinci Bundesliqasının hesabat turunda növbəti matçında çıxıb.

Sportinfo.az xəbər verir ki, Nurnberq təmsilçisi doğma azarkeşləri önündə “Reqensburq”u qəbul edib və rəqibini 8:3 hesabı ilə məğlub yola salıb.

Mahir qarşılaşmanın 23-cü dəqiqəsində qol vuraraq adını tabloya yazdırıb. O, 69-cı dəqiqədə Benjamin Kollerlə əvəzlənib.

Bu, 27 yaşlı forvardın “Nürnberq"in heyətində 5-ci oyunu olub.

Bu qələbədən sonra xallarının sayını 16-ya yüksəldən “Nurnberq” turnir cədvəlinin 7-ci pilləsinə qalxıb.

M.Emreli ötən tur da “Qroyter”lə matçda fərqlənmişdi.

"Nürnberq" - “Yan Regensburq” 8:3
Qollar:
Tzimas, 17, Emreli, 23, Yustvan, 45+1, 59, 74 - pen; Şlaymer, 81, Kastrop, 83, Karafiat, 90+2 - Hottman, 36, Viet, 42 - pen; Proger, 49

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?