Azərbaycanlı "Şaxtyor"un oyununa təyinat aldı

23 Oktyabr 2024 03:40 Bizimkilər 428
Azərbaycanlı "Şaxtyor"un oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasında Ukraynanın "Şaxtyor" klubunun oyununa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, ədalət təmsilçisi Donetsk təmsilçisinin İsveçrənin "Yanq Boys" komandasına qarşı keçirəcəyi matçı idarə edəcək.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək göstərəcək.

Almaniyanın Helzenkirhen şəhərində keçiriləcək görüşün dördüncü hakimi yerli referi Patrik Şvenqers olacaq.

Noyabrın 6-da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?