COP29

“Bəlkə də onun millidəki işləri "Nürrnberq"in forvardının gəlişi ilə daha yaxşı olacaq”

11 Oktyabr 17:20 Bizimkilər 1 742
“Bəlkə də onun millidəki işləri "Nürrnberq"in forvardının gəlişi ilə daha yaxşı olacaq”

Almaniya mətbuatı "Nürnberq"in hücumçusu Mahir Emrelinin Azərbaycan milli komandasına qayıdışı haqda yazıb.

Sportinfo.az xəbər verir ki, "inFranken.de" portalı Emrelinin Azərbaycan millisində ulduz oyunçulardan olduğunu qeyd edib:

"Öz doğma ölkəsi olan Azərbaycanda Emreli tamam başqa statusa malikdir. Burada o, məşhur portuqaliyalı məşqçi Fernandu Santuşun rəhbərlik etdiyi millinin ulduzlarından sayılır.

Santuş yalnız iyun ayından Azərbaycan millisinin sükanı arxasına keçib və o vaxtdan onun komandası Millətlər Liqasında iki oyun keçirib. İsveç (1:3) və Slovakiyaya (0:2) məğlubiyyətlər olsa da, Emreli zədə səbəbindən heç bir oyunda iştirak etməyib.

Bəlkə də Santuşun millidəki işləri "Nürrnberq"in forvardının gəlişi ilə daha yaxşı olacaq.

Qazaxıstanla son beynəlxalq oyunda (3:2) Mahir Azərbaycan millisinin heyətində ilk qolu vuraraq komandasını uğura aparmışdı.

Ümumilikdə, hücumçu artıq millidə 48 oyun keçirib, 6 qol vurub. İndi Emrelinin milli komandası Estoniya və Slovakiya ilə görüşlər keçirəcək”.

Digər Xəbərlər
Xəbər Lenti