“Yuventus” öz oyununda azərbaycanlı xanımı görəcək

8 Oktyabr 2024 03:10 Bizimkilər 1 247
“Yuventus” öz oyununda azərbaycanlı xanımı görəcək

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçular arasında Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Valerenqa” (Norveç) – “Yuventus” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Oktyabrın 9-da Norveçin Oslo şəhərində yerləşən “Valerenqa” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!