Miroslav Kloze Mahir Emrelini həm təriflədi, həm də...

23 Sentyabr 2024 17:20 Bizimkilər 1 267
Miroslav Kloze Mahir Emrelini həm təriflədi, həm də...

"O, topla çox yaxşı işləyirdi."

Sportinfo.az xəbər verir ki, bunu “Nürnberq”in baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin II Bundesliqa təmsilçisində debütü barədə danışarkən deyib.

Mütəxəssis 27 yaşlı hücumçunun fizikası üzərində işləməli olduğunu bildirib.

O, forvardın meydanda olduğu müddətdə yaxşı təsir bağışladığını söyləyib.

Mahir Emreli VI turda "Herta"ya 0:2 hesabı ilə uduzduqları matçın 39-cu dəqiqəsində meydana daxil olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti