Millimizin müdafiəçisi Cənubi Koreyada 90 dəqiqə oynadı

23 Sentyabr 2024 03:20 Bizimkilər 748
Millimizin müdafiəçisi Cənubi Koreyada 90 dəqiqə oynadı

Cənubi Koreya çempionatında 31-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” öz meydanında “Jeonbuk”la qarşılaşıb.

Oyun qolsuz başa çatıb.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Azərbaycanlı futbolçu 86-cı dəqiqədə sarı vərəqə də alıb.

Bu nəticədən sonra “Daejeon” 35 xalla 9-cu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti