Mahir Emreli "Nürnberq"in heyətində debüt edib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu II Bundesliqanın 6-cı turunun "Herta" ilə matçında meydana daxil olub.
27 yaşlı forvard 9-cu dəqiqədə zədələnən komanda yoldaşı Benjamin Qolleri əvəz edib.
Lakin onun ilk matçı uğurlu alınmayıb. M.Emreli 90+5-ci dəqiqədə sarı vərəqə alıb.
Qarşılaşma isə qonaq komanda “Herta”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Nürnberq” hazırda 6 oyundan 7 xalla 11-ci yeri tutur. “Herta” isə bu qələbə sayəsində xalını 10-a çatdırmaqla 7-ci pilləyə yüksəlib.

