Bu ölkədə legioner həyatı yaşayan azərbaycanlı klubunu dəyişir

28 Mart 2023 03:30 Bizimkilər 806
Bu ölkədə legioner həyatı yaşayan azərbaycanlı klubunu dəyişir

İsveçin "Savadalens" klubunda çıxış edən Ayxan Cabbarovun iş yerini dəyişəcəyi gözlənilirdi.

Lakin azərbaycanlı yarımmüdafiəçi minimum yaya qədər hazırkı klubunda qalmağa qərar verib.

Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən 19 yaşlı futbolçu yayda başqa komanda ilə müqavilə imzalayacağını bildirib.

Onun xidmətində İsveçin yüksək liqasının təmsilçiləri ilə yanaşı, Avropanın digər komandaları da maraqlıdır. Ayxan yaya qədər hazırkı komandasında qalmağa qərar verib:

"Təkliflərim çox idi. Agentlərimlə həmin təklifləri müzakirə etdik. Bəzisi ilə şərtlərdə razılaşmadıq.

Digərləri ilə danışmağa lüzum görmədik. Ancaq təkliflərin içərisində cəlbedici və yaxşıları da var idi.

Sadəcə olaraq, düşündüm ki, yeni komandama yayda keçim ki, mövsümöncəsi toplanışda kollektivlə birlikdə iştirak edim, yeni sezona hazırlaşım.

Məncə, belə daha məqsədəuyğundur. Allah qoysa, yayda yeni komandamın adını biləcəksiz".

Cabbarov "Göteborq" futbol akademiyasının yetirməsidir. 2020-ci ildən isə Cabbarov "Savadalens"də çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti