Azərbaycanlı hücumçu almaniyalı jurnalistə nələr söylədi?

5 Dekabr 2022 16:20 Bizimkilər 539
Azərbaycanlı hücumçu almaniyalı jurnalistə nələr söylədi?

Almaniyanın "Şalke-2" komandasında oynayan Azərbaycan millisinin sabiq forvardı Rüfət Dadaşov Regional Liqanın Qərb zonasında 19-cu turunun "Köln-2" (5:0) üzərində qazanılan qələbədən sonra yerli mətbuata danışıb.

Sportinfo.az xəbər verir ki, "Revier Sport"a açıqlama verən Dadaşov son turda vurduğu qolla komandasının qələbə qazanmasını şərh edib:

"Bu vəziyyətdə qol vurmağımız çox vacib idi. Stabilliyimizi qoruduq. Ola bilər ki, əvvəlki oyunlarda məhz bu çatışmırdı.

Qapının toxunulmazlığını qoruduq və indi qış tətilinə yüksək əhval-ruhiyyə ilə yollanırıq. Məşqçilər bizi yaxşı hazırlaşdırmışdı. Rəqibin nə istədiyini dəqiq bilirdik".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu