"Təlim-məşq toplanışımız yaxşı keçib və müsbət əhval-ruhiyyədə hazırlaşmışıq.
Bunun bəhrəsini növbəti oyunlarda görəcəyik".
Sportinfo.az xəbər verir ki, bunu "Bursaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Namiq Ələskərov "Lifebursa" nəşrinə müsahibəsində deyib.
27 yaşlı yarımmüdafiəçi fiziki və taktiki hazırlıqlara önəm verdiklərini vurğulayıb.
Ələskərov bildirib ki, "timsahlar"a keçərkən çempionluğu hədəfləsə də, hazırda komandası pis vəziyyətdədir:
"Hədəflədiyimiz yerdə deyilik. Çətin vəziyyətlə üzləşdiyimizi düşünürəm. "Bursaspor"un necə böyük klub olduğunu bilirik. İnanırıq ki, bu vəziyyətdən çıxacağıq və daha yaxşı yerlərə gələcəyik".
Ötən ilin avqustunda "Bursaspor"a transfer olmuş Namik Ələskərov I liqa təmsilçisi ilə 2 illik müqabilə imzalayıb.

