"Dinamo" Mahiri "Sevilya" ilə oyunlar üçün sifariş etdi

4 Fevral 2022 09:00 Bizimkilər 666
"Dinamo" Mahiri "Sevilya" ilə oyunlar üçün sifariş etdi

"Dinamo" (Zaqreb) "Sevilya"ya qarşı keçiriləcək Avropa Liqasının pley-off oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Sportinfo.az xəbər verir ki, siyahıya Zaqreb təmsilçisinin yeni transferi Mahir Emreli də daxil edilib.

30 nəfərlik sifariş ərizəsində Azərbaycan millisinin hücumçusu ilə yanaşı, digər yeni oyunçu Petar Boçkayın da adı yer alıb.

Əvəzində Due Çop, Dinko Horkaş, Marin Leovats və Yakov Anton Vasil siyahıdan kənarda qalıb.

"Legiya"dan ayrılan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb. Paytaxt klubu "Sevilya"ya qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bundan bir həftə sonra evdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!