Mahirin “Dinamo”ya keçidində Prosineçkinin əli olub? – ÖZÜ AÇIQLADI

3 Fevral 2022 19:00 Bizimkilər 1 727
Mahirin “Dinamo”ya keçidində Prosineçkinin əli olub? – ÖZÜ AÇIQLADI

Robert Prosineçki futbol adamı kimi Xorvatiyada kifayət qədər nüfuza sahibdir.

Futbolçu qismində “Barselona”, “Real”, “Sevilya” kimi məşhur komandaların şərəfini qorumuş 53 yaşlı çalışdırıcı məşqçi kimi Türkiyə, Azərbaycan, Serbiya, Bosniya ve Hersoqovina kimi ölkələrdə çalışıb.

Mahir Emrelinin “Dinamo”ya keçidi rəsmiləşən kimi ağıllara gələn ilk adam o oldu. Ki, klub rəhbərliyi həmyerlimizin transferinə “okey” verməmiş Prosineçki ilə əlaqə saxlayıb,

vaxtilə gözlərinin qarşısında oynamış Emreli ilə bağlı fikirlərini öyrənib.

Axı, Prosineçkinin özü də “Dinamo”ya yad sima deyil. Futbolçu kimi ilk addımlarını məhz bu komandada atıb, böyük futbolda debütü 17 yaşında məhz zaqreblilərin heyətində gerçəkləşib.

Maraqlıdır, “Dinamo” başbilənləri millimizin sabiq çalışdırıcısı ilə əlaqə saxlayıb? Saxlayıbsa, Prosineçki onlara nə deyib? Ümumiyyətlə, keçidin baş tutmasında təcrübəli mütəxəssisin nə dərəcədə rolu olub?

Əlaqə saxladığımız Robert Prosineçki “Dinamo” rəhbərliyindən onunla heç kimin əlaqə saxlamadığını, fikirlərini öyrənmədiyini, məsləhətlərinə ehtiyac duymadığını bildirdi.

Sabiq “Barselona”lı bu cür işlərdə klubun seleksiyaçı və skautlarının fəallıq göstərdiyini də sözlərinə əlavə etdi.

Robert Prosineçki 2014-2017-ci illər aralığında Azərbaycan millisinin çalışdırıb. Mahir Emreli əsas millidə məhz Prosineçkinin dönəmində - 2017-ci ilin martında, Qətərlə yoldaşlıq görüşündə debüt edib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!