
"Dinamo"ya (Zaqreb) keçən Mahir Emrelinin Xorvatiyada nə qədər pul qazanacağı məlum olub.
Paytaxt klubu 4,5 illik müqaviləyə imza atan millimizin hücumçusu hər ay 30 min avro əldə edəcək.
Bu da onun "Legiya"dan ayrılmaqla pul itkisinə uğramadığı deməkdir.
Dünən Varşava təmsilçisi ilə 3+1 illik sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verən 25 yaşlı forvardın Polşada da eyni məbləğdə maaş almasını xatırladaq.
Bu transfer Zaqreb klubuna təxminən 1 milyon avroya başa gəlib. Emreli ilə müqaviləni ləğv edən "Legiya" 2021-ci ildə heyətinə qatdığı Lirim Kastrati üçün "Dinamo"ya borclu olub.
Varşava təmsilçisi həmin ödənişin edilməməsi qarşılığında azərbaycanlı futbolçu ilə sözləşməyə xitam verib.
SPORTİNFO.AZ