Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin "Dinamo"ya (Zaqreb) keçidinin detalları bəlli olub.
Sportinfo.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun transferi Zaqreb klubuna təxminən 1 milyon avroya başa gəlib.
Emreli ilə müqaviləni ləğv edən Polşanın "Legiya" 2021-ci ildə heyətinə qatdığı Lirim Kastrati üçün "Dinamo"ya borclu olub.
Varşava təmsilçisi həmin ödənişin edilməməsi qarşılığında azərbaycanlı futbolçu ilə sözləşməyə xitam verib.
Mahir Emreli "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.

