Azərbaycan nümayəndə heyəti Pekinə çatdı - FOTOLAR

3 Fevral 2022 01:50 Bizimkilər 845
Azərbaycan nümayəndə heyəti Pekinə çatdı - FOTOLAR

Sportinfo.az xəbər verir ki, Qış Olimpiya Oyunlarına yollanan Azərbaycan nümayəndə heyəti artıq Çinin paytaxtı Pekinə çatıb.

Milli Olimpiya Komitəsindən (MOK) verilən məlumata görə, Azərbaycanın şef de-missionu, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Marketinq İdarəsinin müdiri Mehman Kərimov, “Olimpiya Dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Beynəlxalq proqramlar üzrə katibi Ceyhun Rəhmanov yer alıblar.

Digər üzvləri Pekinə Azərbaycan idmançılarının yarış təqviminə əsasən yola düşəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!