Namiqə tərif yağdıran türkiyəli məşqçi ona nə MƏSLƏHƏT VERDİ?

2 Fevral 2022 19:40 Bizimkilər 886
Namiqə tərif yağdıran türkiyəli məşqçi ona nə MƏSLƏHƏT VERDİ?

"Mənə görə Namiq Ələsgərov mövsümün sonuna kimi "Bursaspor"da davam etməlidir".

Bunu Sportinfo.az-a açıqlamasında "Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi Mehmet Ak hazırda Türkiyə təmsilçisində yaşanan maliyyə böhranına münasibət bildirərkən deyib.

Türkiyəli gənc mütəxəssis Namiqin "Bursaspor" üçün önəmli bir sima olduğunu və bu durumda bir qədər səbr etməsini məsləhət görüb:

"Bəli, hazırda komandada ciddi maliyyə problemi yaşanır. Yaxşı oyunçuların bəziləri ayrılmaq məcburiyyətində qaldı.

Müqaviləsini pozan, UEFA-ya şikayət edənlər belə oldu. Namiq də o komandanın üzvüdür. Həm də ən yaxşı oyunçularından biridir.

İlk yarıda yaxşı performans göstərə bildi. Yaxşı oyunlar keçirdi, nəticələrə təsir etməyi bacardı. Fərq yaratmağı bacaran biridir.

Bu halda da davam etməsi lazımdır. Mövsümün sonu vəziyyətə görə öz qərarını verər. Birinci Liqada istənilən komandada oynaya biləcək gücü var.

"Bursaspor" çox böyük klubdur. Ən qısa müddətdə bu durumdan çıxması lazımdır".

Türkiyədə müxtəlif klubları çalışdırmış Mehmet Ak 2008-2009-cu illəri "Qarabağ"da koordinator, 2012-2014 illərində isə digər təmsilçimiz "Neftçi"də köməkçi məşqçi kimi çalışıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!