21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq qapıçısı Şahin Zəkiyev yenidən baxışa yollanıb.
Mövsümün əvvəlində “Səbail”dən ayrılan, son ayları Polşada keçirən kiper yenidən bu ölkəyə üz tutub.
Sportinfo.az xəbər verir ki, o, III liqasında çıxış edən "Sokol"da yoxlanışdadır.
23 yaşlı qolkiperlə qərar yaxın günlərdə qəbul olunacaq. Onunla Polşanın I liqasında mübarizə aparan "Zniç"in də yaxından maraqlandığı bildirilir.

