“Aleksandriya” yoxlama oyununda qüvvəsini sınayıb.
Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Danimarkanın “Vayle Boldklub” klubu ilə qarşılaşıb.
Matç Ukrayna təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb. “Aleksandriya”da çıxış edən azərbaycanlı futbolçu Emil Mustafayev də bu qarşılaşmanın iştirakçısı olub.
64-cü dəqiqədə meydana daxil olan U-21 millimizin üzvü 82-ci dəqiqədə komandasının 3-cü qolunu vurub.

