Azərbaycan yığmasından təklif alan müdafiəçi "Legiya" ilə müqavilə bağladı

1 Fevral 2022 01:20 Bizimkilər 1 513
Azərbaycan yığmasından təklif alan müdafiəçi "Legiya" ilə müqavilə bağladı

"Legiya" daha əvvəl Azərbaycan yığmasından təklif almış futbolçu Ramil Mustafayevi heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, Varşava təmsilçisi Jeşuv "Stal"ından transfer etdiyi 19 yaşlı müdafiəçi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.

2019-cu ildən "Stal"da çıxış edən Ramil Mustafayev bu mövsüm 13 oyuna 3 qol vurub. O, yeni komandasında 32 nömrəli forma ilə çıxış edəcək.

Keçidi ilə bağlı təəssüratlarını bölüşən Mustafayev bildirib ki, "Legiya"da oynamaq onun uşaqlıq arzusu olub:

"Mən Rusiyada anadan olmuşam. Amma valideynlərim daha sonra Polşaya köçüblər. 10 ildir Varşavada yaşayırıq. "Legiya"nın oyunlarına gedir, tribunadan komandanı dəstəkləyirdim".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!