Məhdudiyyət ləğv olundu - Şuşa və Ağdama istənilən qədər səfər edə biləcəyik

31 Yanvar 2022 12:30 Bizimkilər 831
Məhdudiyyət ləğv olundu - Şuşa və Ağdama istənilən qədər səfər edə biləcəyik

"İşğaldan azad edilmiş ərazilərə hər kəs istədiyi qədər səfər edə bilər. Artıq hər istiqamət üzrə ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb".

Sportinfo.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qərar vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq verilib. Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.

İlkin mərhələdə vətəndaşlara hər istiqamət üzrə ildə bir dəfə səfər etmək məhdudiyyəti qoyulmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!