Problemli legionerimizin arzusu REALLAŞDI

31 Yanvar 2022 10:40 Bizimkilər 1 215
Problemli legionerimizin arzusu REALLAŞDI

Azərbaycanlı futbolçu Turan Manafovun yeni klubunda debütu nəhayət reallaşdı.

O, "Olimpiakos"un heyətində (Volos) Yunanıstanın 2-ci liqasında növbəti oyunda iştirak edib.

23 yaşlı müdafiəçinin komandası səfərdə "Apollon"la (Larissa) qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Manafov 90 dəqiqə meydanda olub.

Futbolçumuz öncəki turlar debüt etməli idi. Amma onun lisenziyasının gecikməsi bunu əngəlləyirdi. Həttə ötən turun qarşılaşmasında əvvəl start heyətinə daxil edilən və isinmə hərəkətlərində iştirak edən futbolçumuza son anda bildirilmişdi ki, lisenziya hələ də hazır deyil.

Turan Manafov müqavilə ilə "Səbail"ə məxsusdur və Yunanıstan klubunda icarə əsasında çıxış edir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!