Azərbaycanlı forvard "Şalke"nin 4-cü qolunu vurdu - VİDEO

30 Yanvar 2022 12:40 Bizimkilər 1 129
Azərbaycanlı forvard "Şalke"nin 4-cü qolunu vurdu - VİDEO

Almaniyanın Qərb Regional Liqasında 23-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, millimizin forvardı Rüfət Dadaşovun formasını geyindiyi "Şalke"nin 2-ci komandası növbəti matçına çıxıb.

Onun komandası "Sportfreunde Lotte" ilə üz-üzə gəlib və 4:1 hesabı ilə qələbə qazanıb.

Start heyətində meydana çıxan Rüfət 78-ci dəqiqədə komandasının sonuncu qolunu vurub.

​“Şalke II” bu nəticədən sonra 27 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!