Dünyanın ən çox inkişaf edən futbol liqaları bəlli olub.
Sportinfo.az xəbər verir ki, İFFHS-in dünya reytinqində ən çox irəliləyən çempionatlardan biri Azərbaycan Premyer Liqasıdır.
“Top-80”də olan çempionatımız buradakı liqalar arasında ən çox inkişaf edən 10 turnirdən biridir.
Belə ki, ötən il 74-cü olan Premyer Liqa 14 pilləlik sıçrayışla 60-cı olub.
Bu 14 addımlıq irəliləyiş Avropada 4-cü, dünyada 10-cudur. Ən böyük inkişaf isə Əlcəzair liqasına məxsusdur – 47 pillə.
1. Əlcəzair – 47 (76/29)
2. Anqola – 42 (79/37)
3. Nigeriya – 33 (77/44)
4. Moldova – 31 (66/35)
5. CAR – 26 (57/31)
6. Venesuela – 20 (70/50)
7. Şimali İrlandiya – 19 (58/39)
8. Qvatemala – 18 (67/51)
9. İrlandiya – 15 (64/49)
10. Azərbaycan – 14 (74/60)

