Azərbaycan millisinə cəlb olunan "Beşiktaş"lı klubsuz qaldı

25 Yanvar 2022 02:10 Bizimkilər 765
Azərbaycan millisinə cəlb olunan "Beşiktaş"lı klubsuz qaldı

“Son olaraq “Bayrampaşaspor”da oynamışdım.

İndi isə klubsuzam. Azərbaycandan heç bir klubdan təklif almamışam”.

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Ege Atlam deyib.

"Beşiktaş"ın yetirməsi olan müdafiəçi Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında çıxış edib.

"Beşiktaş" yetirməsi olan Atlam Azərbaycan yığmasına cəlb olunmasını yada salıb:

“Azərbaycandakı menecerlər “Beşiktaş”ın oyununu izləməyə gəlmişdilər və məni görüb, bəyənmişdilər. Yığmaya cəlb olunmağım belə alınmışdı.

Türkiyənin aşağı liqalarında milli komandalara görə fasilə verilmir. Azərbaycan yığmasına qoşulduğumda isə 1 ay toplanış olurdu.

Bu isə Türkiyədə aşağı liqada 4 oyun deməkdi. Üstəlik milliyə yollanıb, orada oynamayanda klublar da bunu yaxşı qarşılamırdı.

Amma mənim klub seçimlərim də yalnış oldu. Təbii ki, ümidliyəm və sona qədər mübarizə aparacam".

"Gələcəkdə Azərbaycanın A millisində oynamaq arzum var. Allah qoysa, o da olar. Daha yaxşı yerlərdə olacam.

Azərbaycan klublarının Avropadakı çıxışlarını izləyirəm. Azərbaycan futbolu daha yaxşı olacaq deyə düşünürəm” deyə, Atlam fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti